2019-cu ildən sonra Moskvadan Tbilisiyə ilk birbaşa uçuş

Dünya


Rusiyada Moskvanın Vnukovo hava limanından Gürcüstanın Tbilisi şəhərinə dörd ildən sonra ilk birbaşa uçuş həyata keçirilib.

Bu barədə Moskva hava limanının onlayn məlumat tablosunda qeyd olunub.

Uçuş Rusiyanın “Azimut” aviaşirkəti tərəfindən həyata keçirilir.

Təyyarədə “Sülh Naminə Həmrəylik” ictimai təşkilatının sədri Merab Çikaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin olduğu məlumdur.

Təyyarənin Moskva vaxtı ilə saat 12:38-də eniş edəcəyi gözlənilir.

Mənbə: vm.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir