Azərbaycan MMA idmançısı çempionluq titulunu qorumaq üçün erməni ilə döyüşəcək

Dünya


Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzovun növbəti döyüşünün vaxtı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, o, avqustun 5-də “ONE Fight Night 13”də erməni döyüşçü Marat Qriqoryanla qarşılaşacaq.

Allazov Tailandın paytaxtı Banqkokda keçiriləcək döyüşdə titulunu qorumağa çalışacaq.

Xatırladaq ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində keçmiş yüngül çəki çempionu olan Tailand döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir