CBC telekanalında Fransanın 1960-66-cı illərdə Əlcəzair ərazisində həyata keçirdiyi nüvə sınaqlarına və onun fəsadlarına dair sənədli film yayımlanıb.
Çəkiliş heyəti Əlcəzairin Reqqan ərazisində yerli sakinlərlə həmsöhbət olub.
Filmin qəhrəmanları Fransa tərəfindən həyata keçirilmiş nüvə sınağı nəticəsində ərazilərin kimyəvi, radioaktiv zəhərlənməyə məruz qalmasından danışıblar.
Eyni zamanda, kimyəvi sınaqların yerli əhalinin sağlamlığında, həyat tərzində buraxdığı ağır izlərə toxunulub.
Kadrları izlədikcə minalarla Azərbaycan ərazisini çirkləndirməkdə davam edən, vaxtaşırı törətdiyi təxribatlarla dinc əhalinin həyatını təhlükəyə atan Ermənistanın niyə hami qismində Fransanı seçdiyi aydın olur:
www.102info.az