“Fransa müstəmləkəçiliyi qanlı hadisələrlə nəticələnib” – CBC-nin Mali haqqında sənədli filmi – VİDEO

Dünya


Günümüzdə Fransa hələ də mövcud olan yeganə müstəmləkə imperiyasıdır ki, tərkibinə həm “xarici ərazilər” adı altında maskalanmış koloniyalar, həm də Afrikada yerləşən çox sayda rəsmi suveren dövlətlər daxildir.

Təsadüfi deyil ki, istənilən respondentə müstəmləkəçiliklə bağlı sual verdikdə bu sözü Fransa ilə əlaqələndirəcək. 

Fransa və Mali arasındakı münasibətlər də buna sübutdur.

CBC telekanalı Mali ilə bağlı videosüjet hazırlayıb. Telekanalın müxbiri yerli sakinlərlə, eləcə də Malinin dövlət və siyasi xadimləri ilə söhbət edib.

Videosüjetdə Malinin tarixi, mədəniyyəti, əhalisi, qarşılıqlı əlaqələri haqqında məlumat verilib.

“Tarixi retrospektiv haqqında danışarkən demək lazımdır ki, burada fransızlar elə də xoş qarşılanmırdılar və onlara heç kim qucaq açmırdı. Malidə olduqca sərt keçən müstəmləkəçilik qəddar və qanlı hadisələrlə nəticələnib”, – deyə süjetdə qeyd edilib.

Bildirilib ki, Mali xalqı təbiətən döyüşkən və öz torpağına, tarixinə, mədəniyyətinə bağlı xalqdır. Məhz buna görə də tarixdə müstəmləkələşmə ilə bağlı bütün hallar nəzərdən keçirildikdə Mali ərazisində buna qarşı müqavimətin olduqca şiddətli, qanlı nəticələrlə müşayiət olunduğunu görmək olar.

Müstəqillik əldə etdikdən sonra Malidə hər şeyi yavaş-yavaş yenidən qurulmağa başlayıb.

Daha ətraflı videosüjetdə:

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir