Millimizin futbolçusunun komandası Erediviziyaya yüksəlmək üçün pley-off oynayacaq

Dünya


Niderland I Liqasında mövsümə yekun vurulub.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” sonuncu – 38-ci turda “Yonq PSV” ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Kökçü start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” mövsümü 58 xalla 8-ci yerdə başa vurub. Komanda bu nəticə ilə Erediviziyaya vəsiqə qazanmaq uğrunda pley-off oyunlarında iştirak edəcək. Milli üzvünün komandası 1/4 finalda “Almere Siti” ilə üz-üzə gələcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir