İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri sosial şəbəkə istifadəçilərini təhdid edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Baş prokuror sosial mediada qeyri-dəqiq və qıcıqlandırıcı müxtəlif məlumatların yayıldığını bildirib. O, problemlərlə bağlı faktlar təqdim edilmədən paylaşım edənlərə qarşı cinayət işinin açılacağını söyləyib.
Qeyd edək ki, Məhəmməd Cəfər Müntəziri daha öncə də dəfələrlə internet və sosial mediaya sərt məhdudiyyətlər qoyulması, sosial mediaya nəzarət edilməsi ilə bağlı təkliflər irəli sürüb.
www.102info.az