Cümhur İttifaqının prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkisinin ikinci turu ilə bağlı gənclərə müraciət edib.
“Dibsiz qaranlıqda var-gəl edənlər ümid verə bilməzlər. Görünüşü, xəyalı, idealı, hədəfi olmayanlar üfüq xəttini çəkə bilməzlər”, – deyə o, “Twitter”də yazıb.
O, gənclərdə siyasi uğursuzluqlarına onları da ortaq etmək istəyənlərin yalanlarına aldanmamağı tövsiyə edib.
“Biz hər zaman sizin yanınızdayıq. 21 ildir ki, hakimiyyətdəyik. Bu 21 il ərzində heç bir gəncimizin həyat tərzinə müdaxilə etmədik, heç kimin başqasının geyiminə, düşüncə tərzinə, gözləntilərinə, zövqlərinə qarışmasına da icazə vermədik, gənclərimizin azad yaşaması üçün var gücümüzlə işlədik”, – deyə Türkiyə lideri vurğulayıb.
O, həmçinin TEXNOFEST-dən bəhs edərək Türkiyə gəncləri üçün yaradılan imkanları sadalayıb:
“Potensialınızı ortaya qoyduğunuz, dünya ilə rəqabətə girə biləcəyiniz platformalara sahibik. Texnologiyanı təkcə istehlak edən deyil, dizayn edən, inkişaf etdirən və istehsal edən ölkəyə çevrilirik.
Bütün bunları sizin üçün elədik, sizin dəstəyiniz, səyləriniz sayəsində bacardıq. 28 maydan sonra, inşallah, Türkiyənin yeni əsrinin inşasını da sizinlə birlikdə bacaracağıq”.
Sevgili genç kardeşlerim,
Hazreti Mevlana “Testinin içinde ne varsa, dışına da o sızar” diyor.
Dipsiz karanlıklarda debelenenler umut veremez. Vizyonu, hayali, ideali, hedefi olmayanlar ufuk çizemez.…
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 20, 2023
www.102info.az