“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun məşq mərkəzinə “Labrador” cinsindən it gətirib.
İspaniyalı mütəxəssis hesab edir ki, it sığallamaq stresi azaldır, əhvali-ruhiyyəni yaxşılaşdırır.
“Böyük bir ailəyik və bu ailəni təmsil edəcək itə ehtiyacımız var idi. Bu səbəbdən bazaya Vin (“Win” qələbə mənasını verir – red.) adlı it gətirdim. Hamımız qalib gəlmək istəyirik. Onun da sevgiyə ehtiyacı var. Oyunçular və texniki heyətin reaksiyası əla idi. Vin artıq bizimlə olacaq”, – deyə Arteta bildirib.
Çalışdırıcı inanır ki, Vin onlara Premyer Liqa çempionluğunu qazanmağa kömək edəcək.
“Arsenal” hazırda turnir cədvəlində 81 xalla (36 oyun) 2-cidir. “Topçular” sona 2 tur qalmış “Mançester Siti”dən (35 oyun) 4 xal geridədirlər.
Mənbə: De Marke Sports
www.102info.az