Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubunu tərk edib.
Aue təmsilçisi rəsmi saytı vasitəsilə 33 yaşlı yarımmüdafiəçi ilə yolların ayrıldığını açıqlayıb. III Bundesliqa klubu təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, 7 il ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub.
www.102info.az