İtaliyada təmir işləri aparan helikopter təbii fəlakət zonasına düşdü – FOTO

Dünya


İtaliyada elektrik xətlərini təmir edən helikopter seldən zərər çəkmiş ərazidə qəzaya uğrayıb.

Məlumata görə, 4 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Helikopter özəl şirkətə məxsusdur. Qəzadan əvvəl pilot təcili enişə cəhd edib.

İtaliyanın şimalında güclü yağışların səbəb olduğu daşqınlarla bağlı vəziyyət son dərəcə çətin olaraq qalır. Yağış cəbhəsi Adriatik dənizinin sahillərinə doğru irəliləyir, burada Ravenna bölgəsində çay daşqınları gözlənilir. Orada 27 mindən çox insan təxliyə edilib. Sel nəticəsində onlarla yaşayış məntəqəsinin əlaqəsi kəsilib. Minlərlə insan işıqsız qalır. İçməli su və ərzaq çatışmazlığı barədə məlumatlar yayılır.

Mənbə: ANSA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir