Salvadorda futbol stadionunda baş verən izdihamda 9 nəfər ölüb – VİDEO

Dünya


Salvadorda “Alyans” və “FAS” komandaları arasında keçirilən oyun zamanı “Kuskatlan” stadionunda yaranan izdihamda azı 9 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq izdiham yaradıblar.

Yaranan izdihamda 9 nəfər ölüb, onlarla insan yaralanıb. Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağırdır.

Mənbə: “Associated Press”

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir