İtaliyalı gimnast Bakıda keçirilən çempionatda növbəti dəfə fərqlənib – FOTO

Dünya


İtaliya təmsilçisi Sofia Raffaeli Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında növbəti dəfə fərqlənib.

Oxu.Az xəbər verir ki, gürzlərlə final yarışında gimnastın çıxışı 33 xalla qiymətləndirilib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bolqarıstanlı Boryana Kaleyn 32,650 xalla gümüş, sloveniyalı Yekaterina Vedeneeva 31,700 xalla bürünc medal əldə ediblər.

Azərbaycan idmançısı Zöhrə Ağamirova 29,750 xalla yeddinci pillədə qərarlaşıb.

İtaliya gimnastı S.Raffaeli topla yarışda da qızıl medala yiyələnib.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata sahib olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir