Mayın 21-də Kişinyovun mərkəzində prezident Maya Sandu tərəfindən elan edilən Böyük Avropa Assambleyası baş tutub.
Dövlət başçısının özü, həmçinin bunun üçün Moldovaya xüsusi olaraq gəlmiş Avropa Parlamentinin rəhbəri Roberta Metsola da əhalinin qarşısında çıxış edib.
Moldova polisi bildirib ki, Kişinyovun mərkəzində keçirilən tədbirdə 75-80 min nəfər iştirak edib.
Qeyd olunur ki, tədbirdə asayişi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir insident qeydə almayıb.
Sandu Ukrayna xalqına dəstək və həmrəy olduğunu bəyan etdiyi çıxışın bir hissəsi ukrayna dilində edib.
Tədbir iştirakçıları Moldovanın Avropaya inteqrasiyasını dəstəkləyən qətnamə qəbul ediblər. Sənəddə qeyd olunur ki, Moldova Avropa İttifaqının tamhüquqlu hissəsi olmağa çalışır.
Mənbə: slovoidilo.ua
www.102info.az