Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalarda həlak olan mülki şəxslərin sayı 863 nəfərə çatıb.
İğtişaşlarda 3 531 nəfərin yaralandığı bildirilir.
Ötən həftə həkimlər 833 nəfərin münaqişənin qurbanı olduğunu, 3 329 mülki vətəndaşın yaralandığını bildiriblər.
BMT-nin mayın 14-nə olan məlumatında isə deyilirdi ki, toqquşmalarda 676 dinc sakin həlak olub, 5 575-dən çoxu isə yaralanıb.
Mayın 22-də səhər saatlarında Sudan Silahlı Qüvvələri paytaxtdakı xüsusi təyinatlıların bazalarına bir neçə hava zərbəsi endirib. Xartumdakı bombardman ən azı iki saat davam edib. Omdurman və Şimali Xartum şəhərləri yaxınlığında da partlayış səsləri eşidilir.
Mənbə: TASS
www.102info.az