Ukraynanın diversiya-kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonu ərazisinə daxil olub.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu Qrayvoronski rayonu ərazisinə daxil olub. Rusiya Silahlı Qüvvələri sərhəd xidməti, Milli Qvardiya və Federal Təhlükəsizlik Xidməti ilə birlikdə bununla bağlı tədbirlər görür. Təfərrüat barədə məlumat veriləcək”, – deyə o, “Telegram” kanalında qeyd edib.
www.102info.az