Diplomatik Təhlükəsizlik Xidməti (Müstəqil federal hüquq-mühafizə strukturu statusuna malik ABŞ Dövlət Departamentinin təhlükəsizlik qüvvələri – red.) Nyu-Yorkun hüquq-mühafizə orqanları ilə birlikdə Türk Evinə hücumu araşdırır.
Bu barədə bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Biz Nyu-Yorkda Türk Evinə qarşı vandalizm hadisəsindən xəbərdarıq. Deyə bilərəm ki, Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq-mühafizə orqanları ilə araşdırma aparır. Biz vandalizmi pisləyirik və diplomatik nümayəndəliklərə qarşı zorakılıq ABŞ-də cəzalandırılır”, – deyə o, bəyan edib.
Miller jurnalistin Dövlət Departamentinin hücum edənlərin xüsusi plan hazırlayıb-hazırlamadığı və Türkiyənin ABŞ-dəki diplomatik nümayəndəliklərinə qarşı təhdidlərin olub-olmadığı barədə sualına cavab verməyib.
Mənbə: TASS
www.102info.az