Türkiyə prezidentliyinə namizədin seçki bloku dağılıb

Dünya


Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğanın rəhbərlik etdiyi Ata İttifaqı dağılıb.

Bu barədə birliyə daxil olan Zəfər Partiyasından bildirilib.

Qeyd olunub ki, Ata İttifaqı ümumi qərar qəbul etmək və birgə addımlamaq perspektivindən imtina edib.

“Bu gündən etibarən ittifaqda təmsil olunanlar özləri qərar qəbul edəcəklər”, – deyə bildirilib.

Xatırladaq ki, mayın 14-də baş tutan prezident seçkisində Ata İttifaqı siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir