NATO PA Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı kimi tanıdı

Dünya


NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı, Rusiya hakimiyyətini isə irqçi (raşist) kimi tanıyıb.

Bu barədə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernov məlumat verib.

O bildirib ki, Lüksemburqda keçirilən assambleyanın sessiyasında bəyannamə yekdilliklə qəbul edilib.

“Bundan başqa, NATO PA öz ölkələrinin hökumətlərini Vilnüs sammitində Ukraynanın Alyansa üzv olacağını açıq şəkildə bəyan etməyə və Ukraynanın NATO-ya daxil olması üçün növbəti konkret addımları razılaşdırmağa çağırıb”, – Çernev qeyd edib.

O, bəyannaməni Ukraynanın diplomatik qələbəsi adlandırıb.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir