Çavuşoğlu ABŞ-yə çağırış etdi – FOTO

Dünya


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türk Evinin binasına edilən hücumu pisləyib və ABŞ hakimiyyətini türk diplomatik missiyalarını lazımi səviyyədə müdafiə etməyə çağırıb.

Bu barədə o, bazar ertəsi “Twitter” səhifəsində yazıb.

“Bu gün Nyu-Yorkda Türk Evinə iyrənc hücum həyata keçirilib. Biz ABŞ-dən dərhal məsuliyyət daşıyanları tapacağını və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək üçün adekvat müdafiəni təmin edəcəyini gözləyirik”, – diplomat qeyd edib.

Xatırladaq ki, bazar ertəsi səhər tezdən əlində dəmir parçası olan naməlum şəxs Türkiyənin Baş Konsulluğunun və digər türk təşkilatlarının ofislərinin yerləşdiyi Türk Evinin birinci mərtəbəsində ondan çox pəncərəni sındırıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir