Mexikoda vulkan təhlükə yaradıb – VİDEO

Dünya


Meksikada, paytaxt Mexiko şəhərinin şərqində yerləşən Popokatepetl vulkanı yenidən püskürməyə başlayıb.

Vulkan püskürməsi nəticəsində yaranan kül şəhərdə aydın şəkildə müşayiət olunub.

Artıq təbiət hadisəsi ilə əlaqədar orta məktəblərdə dərslər dayandırılıb.

Mütəxəssislər vulkan külünün insan orqanizmi üçün təhlükə yaratdığını bildiriblər. Yerli sakinlərə ehtiyac olmadığı təqdirdə evlərini tərk etməmək tövsiyə olunub.

Məlumat üçün əlavə edək ki, Mexiko şəhərinin şərqində yerləşən Popokatepetl vulkanı 1994-cü ilin dekabrında oyanıb və o vaxtdan bəri aktivdir.

Mənbə: Unian

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir