Polşa SSRİ-nin vurduğu zərəri hesablamağa başladı

Dünya


Polşa SSRİ-nin respublikaya vurduğu zərər haqqında hesabat hazırlamağa başlayıb.

Bu barədə ölkənin xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik məlumat verib.

“Biz bunun üzərində işləyirik və belə bir sənəd yaradılacaq”, – deyə o qeyd edib.

Sovet İttifaqının vurduğu zərərə görə Rusiyadan təzminat almaq niyyəti barədə Polşa Xarici İşlər Nazirliyi hələ ötən ilin oktyabrında bildirmişdi.

Eyni zamanda Varşava İkinci Dünya müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Almaniyadan təzminat tələb edir və 6,2 trilyon zlotı (təxminən 1,3-1,5 trilyon dollar) ödənilməsini tələb edir.

Berlin isə öz növbəsində bəyan edib ki, Polşaya təzminatların ödənilməsi məsələsini bağlanmış hesab edirlər.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir