Çempion baş məşqçi “Napoli”ni tərk edir

Dünya


Luçano Spaletti mövsümün sonunda “Napoli”dən ayrılacaq.

64 yaşlı mütəxəssis klub prezidenti Aurelio De Laurentislə problemə görə postunu tərk edəcək. Onun gedişinin iyunun 4-də – İtaliya A Seriyasında “Sampdoriya”ya qarşı son tur oyunundan sonra elan olunacağı gözlənilir.

Qeyd edək ki, klub prezidentinin Spalettinin fikrini öyrənmədən mütəxəssislə müqaviləni daha bir mövsümlük artırması ikilinin münasibətlərini pozub.

Xatırladaq ki, təcrübəli çalışdırıcı bu mövsüm “Napoli”ni İtaliya çempionu edib. Komanda 33 il sonra bu uğura nail olub.

Mənbə: Corriere dello sport

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir