Kannda Film Festivalı zamanı qaz kəsildi

Dünya


Mayın 13-də Fransanın Kann şəhərində məşhur Film Festivalının keçirildiyi Konqreslər və Festivallar Sarayının (Palais des Festivals et des Congrès) yerləşdiyi ərazidə qaz kəsilib.

Bölgədəki yüzlərlə ev, hotel və restoran mavi yanacaqdan məhrum edilib.

Bu, şəhərdə pensiya islahatına qarşı etirazlar fonunda baş verib. Hərçənd etirazları başladan Ümumi Əmək Konfederasiyasının Həmkarlar İttifaqı qazın verilişinin dayandırıldığını rəsmən elan etməyib.

Məlumdur ki, hələ kinofestivalın açılışından əvvəl həmkarlar ittifaqları tərəfindən pensiya islahatlarına etiraz olaraq binanın elektrik enerjisinin kəsilməsi ilə bağlı hədələr fonunda “Palais des Festivals et des Congrès”də elektrik generatorları quraşdırılıb.

Mənbə: Var-Matin

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir