Türkiyənin Antalya vilayətinin Kaş rayonunun yüksək seqmentlərində qar yağıb.
Həmçinin Aksu rayonunda leysan yağış və dolu təsirli olub.
Gecə saatlarından başlayan yağış günorta saatlarında qarla əvəz olunub.
Dəniz sahilində çimərliklərdə yerli və əcnəbi turistlərin dənizə girdiyi bir zamanda rayonun yüksək əraziləri qara bürünüb. Yolların qarla örtüldüyü bölgədə may ayında bu qeyri-adi təbiət hadisəsi görənləri təəccübləndirib.
Mənbə: Haber Global
www.102info.az