Borrel: “Bir neçə ölkə ukraynalı pilotlara “F-16”da təlim keçməyə başlayıb”

Dünya


Bir neçə ölkə ukraynalı pilotlara “F-16” döyüş təyyarələrində təlim keçməyə başlayıb.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.

“F-16” pilotlarının, nəhayət, bir neçə ölkədə təlimlərə başlamasına şadam. Bu, vaxt aparacaq”, – deyə o bildirib.

Borrel təlimlərin hansı ölkələrdə keçirildiyi sualına aşağıdakı kimi cavab verib:

“Bir çoxlarında, məsələn, Polşada. Onlar artıq başlayıb”.

Aİ diplomatiyasının rəhbəri, həmçinin əlavə edib ki, “F-16” qırıcıları Ukraynanın müdafiəsini davam etdirməsi üçün mütləq lazımdır.

Mənbə: RBC-UKRAİNA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir