Ərdoğan: “28 may tarixi çox önəmlidir”

Dünya


“Malatyanın zəlzələ yaralarını sağaltmaqla yanaşı, onun hər sahədə arzularını həyata keçirməyə çalışacağıq. 28 may tarixi çox önəmlidir”.

Bu sözləri Malatyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti malatyalıların son seçkilərdə Cümhur İttifaqının namizədlərinə səs verdiklərini vurğulayaraq qeyd edib ki, bununla da Malatya sabitliyə, Türkiyənin böyüməsinə səs vermiş olub.

“Siz 28 mayda da layiq bildiyiniz namizədə səs verməklə həyata keçirilən işlərin, qoyulan investisiyaların yarımçıq qalmamasını təmin etmiş olacaqsınız”.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir