Pakistanın şimal-qərbində yaraqlılar təbii qaz və neft zavoduna basqın edərək 4 polis və iki mühafizəçini öldürüblər.
Qeyd olunur ki, 50-yə yaxın yaraqlı Əfqanıstan sərhədinə yaxın Qanqa rayonunda “MOL Pakistan Oil and Gas Company” zavoduna hücum edib.
Polis M-8 və M-10 quyularının ağır silahlardan atəşə tutulduğunu bildirib.
“M-8-dəki mühafizəçilər terror hücumunu dəf edib, lakin M-10-da itkilər var”, – deyə polis sözçüsü İrfan Xan bildirib.
Onun sözlərinə görə, yaraqlılar gəldikləri yaxınlıqda yerləşən Şimali Vəziristana qaçmazdan əvvəl günəş elektrik stansiyasına da ziyan vurublar.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Agentliyin məlumatına görə, Pakistanda neft və qaz hasilatı hər il azalır. Ölkə yataqların əksəriyyətini işlədib və təhlükəsizlik vəziyyətinə görə Əfqanıstan sərhədi yaxınlığında yeni yataqları kəşf edə bilmir.
Mənbə: Reuters
www.102info.az