Madrid polisi “Real Madrid”in futbolçusu Vinisius Juniora qarşı irqçilik edən dörd nəfəri həbs edib.
Fanatların “Atletiko” azarkeşləri olduqları bildirilir.
Xatırladaq ki, yanvarda İspaniya Kral Kuboku matçından öncə “Atletico Front” azarkeş qrupunun üzvləri braziliyalı hücumçunun maketini Madriddəki körpülərin birindən asıblar. Maketin boynundakı pankartda isə “Madrid “Real Madrid”ə nifrət edir” yazılıb.
Qeyd edək ki, braziliyalı vinger La Liqanın 35-ci turunda “Valensiya”ya qarşı səfər oyununda da irqçiliklə üzləşib.
Mənbə: NTV Spor
www.102info.az