Litvanın Kaunas bölgəsində təhlükəli kimyəvi maddələrin dağılması 500-ə yaxın insanın təxliyə edilməsinə səbəb olub.
Bu barədə polis idarəsi xəbər yayıb.
“Mərkəzləşdirilmiş kanalizasiya sistemində uçucu qazlar olan təhlükəli kimyəvi maddələrə görə biz Kaunas vilayətinin 500-ə yaxın sakinini təxliyə etməli olduq”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə yerində işləyən xilasetmə xidmətinin əməkdaşlarından biri kimyəvi maddədən zəhərlənib və xəstəxanaya yerləşdirilib.











Mənbə: TASS
www.102info.az