Zelenski cəbhə bölgəsinə getdi: “Mən buradayam”

Dünya


Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə bölgəsinə gedib.

Zelenski orada mübarizə aparan döyüşçüləri Dəniz Piyadaları Günü münasibətilə təbrik edib və onlara mükafatlar təqdim edib.

Bu barədə Ukrayna liderinin “Telegram” kanalında məlumat verilib.

“Bizim müdafiəçilərimiz. Cəbhə bölgəsi. Bu gün mən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin döyüşçülərini Dəniz Piyadaları Günü münasibətilə təbrik etmək üçün burdayam. Ukraynanı müdafiə edən hər kəsi alqışlayıram”, – deyə Zelenski paylaşımında bildirib.

Qeyd edək ki, Dəniz Piyadaları Günü – Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının peşə bayramıdır və hər il mayın 23-də qeyd olunur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir