Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Dünya


Bu gün, mayın 23-də Moskvanın üç müxtəlif hava limanlarında 30 təyyarə reysinin təxirə salınması və ya uçuşunun ləğv edilməsi baş verib.

Bu barədə “Yandex.Schedules” xidmətinin məlumatlarında qeyd olunur.

Belə ki, Moskvanın “Domodedovo” aeroportunda 17 təyyarə reysi təxirə salınıb, dörd reys ləğv edilib.

“Vnukovo”da iki reys gecikib, yeddisi ləğv edilib.

“Şeremetyevo” və “Jukovski” hava limanlarının qrafiklərindəki pozuntular barədə məlumat yoxdur.

Moskvanın hava limanlarında sərnişin laynerlərinin yoladüşmə vaxtının kütləvi şəkildə dəyişdirilməsinin və ləğvinin səbəbi açıqlanmır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir