“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında

Dünya


“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında oynayacaq.

Oxu.Az xəbər verir ki, “sağsağanlar” buna İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”lə qolsuz heç-heçə etməklə nail olublar.

37 oyunda 70 xal toplayan Eddi Haunun komandası turnir cədvəlində 3-cü yeri tutur. Mövsümün başa çatmasına 1 tur qalmış “Nyukasl” 5-ci pillədə olan “Liverpul”u 4 xal qabaqlayır.

Sözügedən komanda sonuncu dəfə 2002/2003 mövsümündə Çempionlar Liqasının iştirakçısı olub.

Ümumən avrokuboklarda isə “Nyukasl” sonuncu dəfə 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir