Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Fənərbağça” yarımfinalda “Sivasspor”la güclü olaraq həlledici oyunda iştirak etmək hüququ qazanıb.
Səfərdə rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Xorxe Jezuşun komandası öz meydanında böyük hesablı qələbə qazanıb – 3:0.
“Fənərbağça”ya qələbə qazandıran qolları Ferdi Kadıoğlu, Mişi Batşuayi və Coşua Kinq vurublar. Komandanın finaldakı rəqibi ya “Başakşehir”, ya da “Ankaragücü” olacaq. İlk görüşdə “Başakşehir” minimal hesablı qələbə əldə edib – 1:0.
www.102info.az