“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bir neçə futbolçunun göndərilməsini istəyir.
İtalyan insayder Nikolo Skiranın yaydığı məlumata görə, qapıçı Din Henderson, müdafiəçilərdən Erik Bayi, eyni zamanda komandanın kapitanı olan Harri Maquayr, Aleks Telles, Brendon Uilyams, yarımmüdafiəçilər Donni van den Bek, Skott Maktominey, hücumçular Entoni Elanqa, Antoni Marsyal və Vaut Veqorst niderlandlı mütəxəssisin gələcək planlarına daxil deyillər.
Adıçəkilən futbolçuların yay transfer pəncərəsində komandanı tərk edəcəyi gözlənilir.
İngiltərə Premyer Liqasında 36 oyunda 69 xal yığan “Mançester Yunayted” 4-cü pillədədir.
www.102info.az