Rusiyalı təbliğatçılar tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının guya yaralandığı barədə məlumatlar dərc etməyə başlayıblar.
Belə məlumatlar saxtadır. Bu barədə Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov öz “Twitter” səhifəsində yazıb ki, bu gün, mayın 24-də səhər saatlarında prezident Volodimir Zelenski Baş Qərargahda Zalujnının məruzəsini dinləyib. Mərkəzdən vurğulanıb ki, Zalujnı barədə saxta məlumatlar əvvəllər də yayılıb və bu, Rusiyanın Ukraynaya qarşı informasiya müharibəsinin bir hissəsidir.
Mənbə: rbc.ua
17:04
Mayın əvvəlində Rusiyanın Xerson yaxınlığındakı komanda məntəqəsinə raket hücumu nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı kəllə-beyin travması və qəlpə yaraları alıb.
Bildirilir ki, Zalujnı əvvəlcə Nikolayevə, oradan isə Kiyevdəki hərbi hospitala aparılıb.
“Nikolayevdə Zalujnıya qanaxmanı dayandırmaq üçün ilkin tibbi yardım göstərilib. Kiyev hərbi hospitalında ona kəllə sümüyünün trepanasiyası əməliyyatı aparılıb”, – deyə mənbədən bildirilib.
Generalın həyatı üçün təhlükə olmadığı vurğulanır.
Mənbə: RG.ru
www.102info.az