Rusiyada oynayan həmyerlimiz: “Klub karyerama zərbə olacaqsa, Azərbaycan millisinə getməyə dəyməz”

Dünya


Rusiyanın “Ximki” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev yığma komandamızda oynamaq perspektivindən danışıb.

26 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda bu məsələni müzakirə edə biləcəklərini söyləyib:

“Mən Azərbaycana nə “hə”, nə də “yox” demişəm. Müzakirə edilməli çox şey var. Ola bilsin ki, yaxın vaxtlarda Azərbaycan yığmasında oynamaq məsələsini danışdıq.

İstənilən halda karyera millidə yox, klub fəaliyyəti üzərində qurulur. Mümkün keçidimi istisna etmirəm, lakin bu, mövcud vəziyyətlə bağlı deyil. Bu məsələ barədə çoxdan söhbətlər var. Əgər başa düşsəm ki, legioner olduqdan sonra Rusiya Premyer Liqasında rəqabət aparmaq çətinləşəcək, bu, artıq başqa məsələdir.

Mən azərbaycanlıyam. Amma klub karyerama zərbə olacaqsa, getməyə dəyməz. Əgər klubda oynamasan, yığmaya da çağırılmayacaqsan. O zaman keçidin mənası olmur”.

Mənbə: Matç TV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir