İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyun keçirilib.
Oxu.Az xəbər verir ki, artıq çempionluğu rəsmiləşdirmiş “Mançester Siti” “Brayton”un qonağı olub.
Matçda qalib müəyyənləşməyib – 1:1. Hesabı 25-ci dəqiqədə “şəhərlilər”in heyətində Fil Foden açsa da, 38-ci dəqiqədə Xulio Enkiso bərabərliyi təmin edib.
Bu nəticədən sonra “Mançester Siti” xalını 89-a yüksəldib. 62-ci xalını qazanan “Brayton”un isə 6-cı olacağı rəsmiləşib. Bununla da, 121 yaşlı klub tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb.
www.102info.az