Azərbaycan əsilli sənətçi Rusiyada “İlin müğənnisi” seçildi – VİDEO

Dünya


Rusiyanın paytaxtı Moskvada yerləşən “Crocus City Hall”da RU TV-nin təşkil etdiyi 12-ci musiqi mükafatının təqdimetmə mərasimi keçirilib.

Belə ki, “İlin müğənnisi” nominasiyasında mükafat Azərbaycan əsilli sənətçi Jony (Cahid Hüseynli) təqdim olunub.

Həmçinin HammAli & Navai (azərbaycanlı Aleksandr Əliyev və Nəvai Bəkirov) dueti “Ən yaxşı hip-hop layihə” nominasiyasında qalib olub.

Qeyd edək ki, RU TV-nin təqdim etdiyi mükafat bütün Rusiya şou-biznesi üçün əlamətdar hadisədir. Ənənəvi olaraq musiqi kanalı klassik və eksklüziv kateqoriyalarda ən parlaq ifaçıları mükafatlandırır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir