“Barselona” mövsümün sonunda komandanın düşərgəsini tərk edəcək Jordi Alba ilə bağlı paylaşım edib.
Paylaşımda futbolçuya bu günə qədər göstərdiyi xidmətlərə görə klub adından təşəkkür bildirilib.
Kataloniya klubunun saytı vasitəsilə yaydığı məlumata görə, mövsümün sonunda 34 yaşlı müdafiəçi ilə müqavilənin ləğv edilməsi ilə bağlı razılıq əldə olunub. İspaniyalı futbolçu iyulun 1-dən azad agent olacaq.
Jordi Alba 2012-ci ildən “Barselona”nın formasını geyinir.
Thank you, Jordi Alba 💙❤️#H18STÒRIC pic.twitter.com/f1Rxfj4pVS
— FC Barcelona (@FCBarcelona) May 24, 2023
15:40
Jordi Alba mövsümün sonunda “Barselona”nı tərk edəcək.
İspan insayder Jerar Romeronun yaydığı məlumata görə, o, müqaviləsində nəzərdə tutulanın əksinə olaraq 2024-cü ilin yayına qədər Kataloniya klubunda qalmayacaq.
Gün ərzində “Barsa”nın ayrılığı açıqlayacağı bildirilir.
Alba 2011-ci ildən Kataloniya klubunda çıxış edir.
Qeyd edək ki, daha əvvəl Serxio Busketsin mövsümün sonunda “Barselona”nı tərk edəcəyi açıqlanıb.
www.102info.az