Polşalı general Belarusda silahlı çevriliş olacağını dedi: “Üsyana hazırlaşırıq, çünki bu baş verəcək”

Dünya


Polşa milli müdafiə nazirinin keçmiş müavini, general Valdemar Skşipçak Belarusda çevriliş olacağını proqnozlaşdırıb.

O, bu barədə “Polsat” telekanalının efirində bildirib.

“Biz Belarusda üsyana hazırlaşırıq, çünki bu baş verəcək”, – deyə Skşipçak əminliyini ifadə edib.

O əlavə edib ki, söhbət silahlı çevrilişdən gedir.

“Biz Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunları dəstəkləməyə hazır olmalıyıq”, – deyə general qeyd edib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir