“Real Madrid”in irqçiliyə məruz qalan futbolçusunun qırmızı vərəqəsi ləğv edildi

Dünya


İspaniya Kral Futbol Federasiyası (RFEF) “Real Madrid”in futbolçusu Vinisius Juniorun La Liqanın XXXV turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, qarşılaşmanın baş hakimi Rikardo de Burqos Benqoetxeanın insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirməməsi səbəbindən bu qərar qəbul edilib.

Xatırladaq ki, Vinisius Junior “Valensiya” ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Qarşılaşmanın sonunda isə o, rəqib futbolçularla əlbəyaxa olduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir