“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundakı gələcəyi ilə bağlı açıqlama verib.
İspaniyalı mütəxəssis İngiltərə klubunda işinə davam edəcəyini söyləyib:
“Gələn mövsüm “Mançester Siti”də qalacağam. Klubdan ayrılmağı düşünmürəm”, – deyə Qvardiola bildirib.
Xatırladaq ki, “Mançester Siti” bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olub. Çempionlar Liqasının finalında İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq “şəhərlilər” İngiltərə Kuboku uğrunda həlledici matçda “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Qvardiolanın klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Mənbə: gazeta.ru
www.102info.az