“Arsenal” yeni mövsümə tamamilə yenilənmiş heyətlə başlaya bilər.
London klubu yayda transferlər edə bilmək üçün 14 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Qranit Caka, Tomas Parti, Rob Holdinq, Emil Smit-Rou, Nikolya Pepe, Eynsli Meytlend-Naylz, Kiran Tirni, Riss Nelson, Çarli Patino, Folarin Baloqun, Pablo Mari, Albert Sambi Lokonqa, Nunu Tavareş və Sedrik Soaresin komandanı tərk edə biləcəkləri yazılıb.
Baş məşqçi Mikel Arteta onların əvəzinə rəhbərlikdən 8 yeni transfer tələb edib.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasında 37 turdan sonra 81 xalla ikincidir.
Mənbə: football.london
www.102info.az