Türkiyədə azarkeşlər qadın futbolçulara hücum etdilər – VİDEO

Dünya


Türkiyə Qadınlar 2-ci Liqasının B qrupunda keçirilən “Bornova Hitap Spor” – “Konyaaltı Genclikspor” matçından sonra insident baş verib.

Meydan sahiblərinin azarkeşləri komandalarının 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın final fitinin ardınca meydana çıxıblar. Bu zaman fanatlar rəqib komandanın futbolçuları və texniki heyətinə hücum ediblər. Onları vuran azarkeşlər bir neçə nəfərə xəsarət yetiriblər. Hətta futbolçulardan birinin ürəyi gedib.

Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin qarşısını kəsmək mümkün olub. “Konyaaltı Genclikspor” üzvləri hüquq-mühafizə orqanlarının müşayiəti altında stadionun ərazisini tərk ediblər.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir