“Vaqner” bölmələrini Baxmutdan çıxarmağa başladı – VİDEO

Dünya


“Vaqner” özəl hərbi şirkəti Baxmutdan bölmələrini çıxarmağa başlayıb.

Bu barədə şirkətin təsisçisi Yevgeni Priqojin məlumat verib. Müvafiq video onun mətbuat xidməti tərəfindən “Telegram” kanalda yayımlanıb.

Bildirilir ki, artıq muzdlular arxa cəbhəyə keçir. “Vaqner”in əsas hissəsinin iyunun 1-dək köçürülməsi planlaşdırılır.

“Biz hərbi sursatları, mövqeləri, hər şeyi, o cümlədən quru yeməkləri təhvil veririk”, – deyə Priqojin bildirib.

Xatırladaq ki, Priqojin bundan əvvəl Ukrayna ordusu haqqında müsbət fikirlər səsləndirib. O bəyan edib ki, Rusiya hökumətinin elan etdiyi “demilitarizasiya” və “denasifikasiya” planları iflasa uğrayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir