ABŞ-də son 20 ilin ən güclü tayfunu tüğyan edir – VİDEO

Dünya


ABŞ-nin Quam adasında son 20 ilin ən güclü qasırğası – “Mawar” super tayfunu tüğyan edir.  Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı görüntülər paylaşılır. Kadrlarda evlərin damlarının uçması, ağacların kökündən çıxması, maşınların devrilməsi əks olunub.

Yerli sakinlərə beton binalara sığınmaq tapşırılıb. Adada ABŞ ordusunun üzvləri də daxil olmaqla 172 mindən çox amerikalı yaşayır.

Birgə Tayfun Xəbərdarlıq Mərkəzinin məlumatına görə, tayfunun episentrində küləyin sürəti saatda 225 km olub ki, bu da 4-cü kateqoriya qasırğasına bərabərdir.

Mənbə: NEWS.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir