Kosovodakı vəziyyətlə əlaqədar Serbiya Silahlı Qüvvələri maksimum hazırlıq vəziyyətinə gətirildi – VİDEO

Dünya


Serbiya Silahlı Qüvvələri Kosovodakı vəziyyətlə əlaqədar maksimum hazırlıq vəziyyətinə gətirilib.

Müvafiq sənədi Serbiya Prezidenti Aleksandr Vuçiç imzalayıb.

Sənəddə Silahlı Qüvvələrin təcili olaraq Kosovo və Metohiya ilə inzibati xətt istiqamətində hərəkət etməsi əmr edilib.

Vuçiçin sözlərinə görə, belə bir addım Kosovonun baş naziri Albin Kurtinin polisinin serb xalqına qarşı zorakılıq törətməsi ilə bağlıdır.

Kosovo və Metohiyada yaşayan serblər isə inzibati binaları qorumaq üçün barrikadalar qurmağa başlayıblar.

Bildirilib ki, Leposaviç bələdiyyəsinin sakinləri tikinti texnikasının köməyi ilə barrikadalar qurublar.

Qeyd edək ki, mayın 26-da Kosovo polisi Zubin Potok, Zvecan və Leposaviç bələdiyyələrində yoxlamalar aparıb. Federal Xəbər Agentliyinin məlumatına görə, polis və yerli sakinlər arasında qarşıdurmalar olub, səs qumbaralarından istifadə edilib.

Mənbə: URA.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir