Litva Kubokunun 1/8 final mərhələsində keçirilmiş “Kauno Jalgiris” – “Jalgiris” matçında qeyri-adi avtoqol qeydə alınıb.
Oxu.Az xəbər verir ki, meydan sahiblərinin 3:0 hesablı qələbə qazandığı matçın 81-ci dəqiqəsində rəqibin hücumundan sonra “Jalgiris”in qapıçısı Tomislav Duka topu cəld oyuna daxil etmək qərarına gəlib. Lakin onun zərbəsindən sonra top Stipe Vuçura dəyərək qapıya daxil olub.
“Jalgiris”in baş məşqçisi Vladimir Çeburin görüşdən sonra bu buraxılmış topu absurd adlandırıb.
www.102info.az