İmran Xanın öz mənzilini tərk etməsinə qadağa qoyulub

Dünya


Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xana yaşadığı evdən kənara çıxmaq qadağan edilib.

Bu barədə Pakistan məhkəməsi qərar çıxarıb.

Məhkəmə qərarına görə, qadağa İmran Xandan başqa, onunla eyni partiyada təmsil olunan daha 600 şəxsə şamil edilir.

Qeyd edək ki, bir müddət əvvəl Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə həbs edilmişdi.

İmran Xanın saxlanılması Pakistanın İslamabad, Kəraçi, Lahor, Pişəvər, Kvetta, Haripur, Faysalabad, Ravalpindi də daxil olmaqla böyük şəhərlərində kütləvi etirazlara səbəb olub.

Mayın 12-də Pakistanın Ali Məhkəməsi həbsi qeyri-qanuni elan edib və keçmiş baş nazirin həbsdən azad edilməsinə qərar verib.

Mənbə: Mehr

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir