“Neftçi” yayda Rusiyada keçiriləcək turnirdə iştirak edəcək.
Bu barədə “Zenit” klubunun prezidenti Aleksandr Medvedyev məlumat verib.
“İyulda biz “Fənərbağça”, “Srvena Zvezda” və “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik”, – deyə Medvedyev bildirib.
“Zenit” ardıcıl 5-ci dəfə Rusiya çempionu olub.
Qeyd edək ki, FIFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu ölkənin milli komandasını, eləcə də klublarını bu qurumların bayrağı altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırıb.
Mənbə: championat.com
www.102info.az